Sumqayıt şəhər İcra hakimiyyəti qanvermə aksiyasına qoşulub – FOTOLAR

2227

Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyirxah çağırışına qoşularaq qanvermə aksiyasında iştirak ediblər.

Şəhər İcra Hakimiyyətinin əməkdaşları Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejimində qan ehtiyatı azalan talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Mərkəzi Qan Bankının Sumqayıt bölməsinə gələrək könüllü olaraq qanvermə aksiyasında iştirak edirlər.

Təcili Tibbi Yardım Xəstəxanasında yerləşən Mərkəzi Qan Bankının Sumqayıt bölməsinin həkim kollektivi tərəfindən donorların sağlamlığı əvvəlcədən müayinə olunub, daha sonra isə qanvermə aksiyası həyata keçirilib.

    

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər