Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Seulda olub

186

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev Koreya Respublikasının paytaxtı Seoulda olub.

A.Quliyev Seulda  Asiya İnkişaf Bankı və “CityNet” şirkətinin birgə təşkilatçılığı ilə “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının əhatə etdiyi şəhərlərin aşağı karbonlu inkişafı” mövzusu ilə əlaqəli II Beynəlxalq Forumda iştirak edib.

Forum zamanı Sistemli Aşağı Karbon Dönüşümü üçün ətraf mühitin inkişafı və problemlərinin həlli mövzusunda müzakirələr aparılıb. Müzakirələr zamanı bildirilib ki, nəqliyyat sektorunda havanın təmiz saxlanılması üçün aşağı karbonlu prioritetlərə kapital qoyuluşları müəyyən edilməli, iqlimə təsirin yumşaldılması üzrə tədbirlər görülməli, o cümlədən aşağı karbon inkişafı sahəsində olan təcrübə mübadiləsini həyata keçirərək yaşıl, rəqabətqabiliyyətli, dayanıqlı şəhərlər yaradılmalıdır.

Şəhərlərin Aşağı Karbonlu İnkişafı mövzusunda II Beynəlxalq Forumda ən yaxşı beynəlxalq təcrübələr bölüşdürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər