Sumqayıt Şəhər Mərkəzi Kitabxanasında ədəbi-bədii gecə: “Şuşanın dağları başı vüqarlı”

577

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Səməd Vurğun adına şəhər Mərkəzi Kitabxanada “Şuşa İli” çərçivəsində “Şuşanın dağları başı vüqarlı” adlı ədəbi-bədii gecə təşkil edilib. Tədbirdə Şuşa şəhərinin azad edilməsində şücaət göstərərək şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızın ailə üzvləri, Vətən müharibəsi qaziləri, Cəbrayıl şəhər uşaq musiqi məktəbinin, Milli Qəhrəman Mətləb Quliyev adına 3 nömrəli, həmçinin 5 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivləri iştirak ediblər.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir “Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur” adlı videoçarxın nümayişi ilə başlayıb.

Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən Vətənin qəhrəman şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda “Şuşa İli”nin elan olunması və bu çərçivədə tədbirlərin keçirilməsindən, dövlət başçısının bu tarixi qərarının əhəmiyyətindən bəhs edilib.

Şagirdlərin ifasında Qarabağa, Şuşaya həsr olunan şeir və mahnılar dinlənilib.

Görüş Prezident İlham Əliyevin “Əziz Şuşa sən azadsan” sözlərinin səsləndirilməsi ilə yekunlaşıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər