Sumqayıt şəhər Polis İdarəsinin yeni rəisinin kimliyi müəyyənləşib

5703

Bir müddət öncə daxili işlər naziri Ramil Usubovun əmri ilə Sumqayıt şəhər Polis İdarəsinin rəisi vəzifəsindən çıxarılan Mehdi Hümbətovun yerinə təyin ediləcək şəxsin kim olacağı artıq bəllidir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Daxili İşlər Nazirliyindəki yüksək rütbəli zabitlərdən biri məlumat verib.

Verilən məlumata görə, M.Hümbətovun yerinə Nərimanov rayon Polis İdarəsində əməliyyat üzrə rəis müavini işləmiş Əkbər Ələkbərov göndərilir. Bizi bilgiləndirən şəxs onu da deyib ki, hələlik bu barədə rəsmi məlumat olmasa da, artıq R.Usubov Ə.Ələkbərovun əmrini verib, bir-iki günə yeni rəis öz iş yerinə gedəcək və kollektivə təqdim ediləcək.

Qeyd edək ki, Ə.Ələkbərov Nərimanov rayon Polis İdarəsində rəis müavini işləməzdən öncə 16 saylı Polis Bölməsində rəis vəzifəsində çalışıb.
Məsələylə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə Müstəqil İnformasiya Agentliyinə bildiriblər ki, hələlik mətbuat xidmətində bu barədə məlumat yoxdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər