Sumqayıt şəhər sakininin idarə etdiyi mikroavtobus Qubada qəzaya uğradı-VİDEO

2598

 

 

 

 

 

 

 

 

İyunun 9-u, axşam saatlarında Bakı-Quba-RF dövlət sərhədi avtomobil yolunun 147-ci km-də, magistralın Quba rayonunun Paşa-oba kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. Qubadan Bakı istiqamətində hərəkətdə olan 90 DT 704 qeydiyyat nişanlı “Pajero” markalı avtomobil qarşıdan gələn 21 yaşlı Quba rayonunun İsnovqışlaq kənd sakini Mizzəfəddin Bayramovun idarə etdiyi 90 LR 125 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə toqquşub. Bu zaman “Pajero”nun arxasınca gələn Sumqayıt şəhər sakini Məmmədrza İbişovun idarə etdiyi sərnişin dolu mikroavtobus qəzaya uğrayan avtomobillərə çırpılıb. Nəticədə mikroavtobusda olan 7 nəfər və “Mercedes”in sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan 6 nəfərin xəsarətləri yüngül olduğundan onlar ilkin yardımdan sonra ambulator qaydada müalicəyə buraxılıb. “Mercedes”in sürücüsü Mizzəfəddin Bayramovun və mikroavtobusun sərnişini 59 yaşlı Sumqayıt şəhər sakini Zəbihə Məmmədtağıyevanın vəziyyəti orta-ağır olduğundan onlar Quba MRX-da müalicə alır. Qəzaya “Mercedes” markalı avtomobilin yüksək sürətlə yol hərəkəti qaydalarını pozmasının səbəb olduğu bildirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər