Sumqayıt Şəhər Səhiyyə şöbəsi ilə Azərbaycan Sənaye Bankı arasında müqavilə imzalanıb

1580

asb“Peşəyə Dəstək” kampaniyası daxilində Azərbaycan Sənaye Bankı (ASB) növbəti tibb müəssisəsində imza mərasimi keçirib. Bu barədə SİA-ya “Azersun Holding” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sumqayıt Şəhər Səhiyyə şöbəsində keçirilən mərasimdə, Azərbaycan Sənaye Bankının İdarə Heyəti sədrinin müavini Cenk Bartın və Sumqayıt Şəhər Səhiyyə şöbəsinin baş həkimi Rauf Sadıxov tərəfindən, Səhiyyə şöbəsinin tabeçiliyində olan xəstəxana və poliklinikalarda işləyən işçi heyətinə xüsusi kredit şərtlərinin tətbiq edilməsi üzrə əməkdaşlıq protokolu imzalanıb.

Protokolun imza tədbirində 31 xəstəxananın baş həkimləri, tibb bacıları və bankın nümayəndələri iştirak ediblər. Azərbaycan Sənaye Bankının, “Həkimlərə və Tibb işçilərinə xüsusi bank xidmətləri” strategiyası daxilində, tərtib olunan protokolun imza tədbirində, Şöbənin baş həkimi Rauf Sadıxov iştirakçıları salamlayaraq giriş sözü ilə çıxış edib.

R.Sadıxov bildirib ki tibb işçilərin maliyyə durumunu nəzərə alaraq maliyyə ehtiyaclarını qarşılayan bir çox banklar vardır, lakin ASB bu günki bazar şərtlərinə görə ən uyğun və ən sərfəli təklifləri təqdim etməklə tibb sahəsinə öz tövsiyyəsini vermiş olur.

“Bunun üçündə ASB rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm və gələcəkdə də əməkdaşlığımızın daha sıx olmasını arzulayıram”, – deyə R.Sadıxov əlavə edib.

ASB İdarə Heyəti sədrinin müavini Cenk Bartın, öz növbəsində baş həkim və mərasim iştirakçılarına, vaxt ayırıb bu önəmli tədbirdə iştirak etdikləri üçün, təşəkkür edib.

Cenk Bartın bildirib ki, ASB, burada sadəcə maliyyə xidməti verən bir qurum olaraq deyil.

Çıxışlardan sonra Cenk Bartın və Rauf Sadıxov, iki tərəfli olaraq imzalanan müqavilələri öz aralarında qarşılıqlı təqdim ediblər və layihənin hər iki tərəf üçün xeyirli olmasını arzu ediblər.

Xatırladaq ki, “Azərbaycan Sənaye Bankı” 1996-cı ildə “CI Bank” kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib.

Cari ilin may ayının 1-nə bankın aktivlərinin həcmi 109.984 mln. manat, depozit portfeli 76.873 mln. manat, kredit portfeli 71.430 mln. manat, məcmu kapitalı 29.674 mln. manat, o cümlədən nizamnamə kapitalı 22.114 mln. manat təşkil edir.

Bankın respublika üzrə 9 filialı, 24 bankomatı və 259 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifa edən müştərilərinin sayı 14.000-dir.

Mənbə: sia.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər