Sumqayıt şəhərində 5 mindən çox ailəyə ərzaq bağlamaları paylanılıb

3595

Artıq bir neçə gündür Sumqayıt şəhərində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının və eyni zamanda “evdə qal!” çağırışının təmin olunması məqsədi ilə aztəminatlı ailələrə yardım paylanılması aksiyası davam edir.

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən aksiya çərçivəsində ümumilikdə 5 mindən çox aztəminatlı ailəyə ərzaq bağlamaları paylanılıb.

Aksiya çərçivəsində Sumqayıt şəhərində müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha və ehtiyacı olan şəxslərə 50 kiloqramlıq ərzaq məhsullarından ibarət yardım sovqatları öz evlərində təqdim olunub.

Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

XƏBƏR DİGƏR SAYTLARDA: 

https://nocomment.az/sumqayitda-azteminatli-ailelere-erzaq-yardimi-paylanilmasi-davam-edir-foto/

https://azerforum.com/az/society/449392/sumqayitda-azteminatli-ailelere-erzaq-yardimi-paylanilmasi-davam-edir

https://aqreqator.az/az/cemiyyet/709069

http://xeberle.com/sumqayit/70139-sumqayit-sheherinde-5-minden-chox-aileye-erzaq-baglamalari-paylanilib-foto.html

https://www.unikal.org/news/241359/sumqayitda-5-minden-cox-aileye-erzaq-sovqati-paylanildi

https://avropa.info/post/342302

https://metbuat.az/news/1378450/sumqayit-seherinde-5-minden-cox-aileye-erzaq-baglamalari-pay.html

http://ikisahil.az/post/sumqayitda-5-minden-chox-aileye-erzaq-baglamalari-paylanilib-foto?fbclid=IwAR1_mUwtHiHEKOsehYfgbcMeVaPPWsk-7Fotw80jds-Td33qK0CnSt4S980

https://yenilik.az/cemiyyet/2578-nar-xususi-karantin-rejiminin-tetbiqi-zamani-cazelerin-alinmasi-ve-monitorinqi-sistemine-destek-olmaqda-davam-edir.html

http://yenisumqayit.az/4784-sumqayitda-5-minden-cox-aileye-erzaq-baglamalari-paylanilib.html

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər