Sumqayıt şəhərində erkən nigahlar mövzusunda tədbir keçirildi

530

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən “Insan alveri ilə mübarizə sahəsində əhalinin maarifləndirilməsi və fərdi məlumatlandırılmasına yönəlmiş regional proqram” layihəsi   çərçivəsində “İnsan alverinə yol açan vasitələr, ekən nigahlar və onun fəsadları” mövzusunda tədbir təşkil olunmuşdur.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması məqsədi ilə yaradılan monitorinq qrupunun sədri Ülviyyə Müzəffərova, Sumqayıt Tibb Mərkəzinin Perinatal Mərkəzinin rəhbəri Təranə Rəcəbli, Sumqayıt şəhər Səhiyyə Şöbəsinin rəhbəri Səkinə Sadıqova, Regional Təhsil İdarəsində metodkabinetin rəhbəri Gülbahar Haqverdiyeva, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva çıxış etdilər.

Tədbirdə iştirakçı qismində təhsil, səhiyyə işçiləri və ictimai aktiv şəxslər iştirak etdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər