Sumqayıt şəhərində gənclər və qadınlar üçün təlim keçirilib

1144

Sumqayıt şəhərində Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin icra etdiyi “Qadınların və gənclərin rayonlarda yerli münaqişələrin həlli üçün qərarqəbuletmə prosesinə cəlb edilməsi” layihəsi çərçivəsində təlim keçirilib.
Böyük Britaniya Səfirliyinin dəstəyi ilə həyata keçirilən təlimin mövzusu demokratiya mədəniyyəti, insan haqları, vətəndaş iştirakçılığında əməkdaşlığın rolu, liderlik bacarığı ilə bağlı olub.
D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin əməkdaşı İradə Əliyeva sumqayıtxeber.com saytının əməkdaşı ilə söhbəti zamanı bildirib ki, bu layihə çərçivəsində Sumqayıtda ilk tədbirdir ki keçirilir və gələcəkdə daha bir neçə mövzuda təlimlər keçiriləcək: “Bu layihə 7 regionu əhatə edir və bu regionlardan biri də Sumqayıt şəhəridir.Biz növbəti təlimlərdə çalışacağıq ki, 2009-cu ildə bələdiyyə seçkilərində iştirak etmək istəyən gənclər və qadınlara seçki kompaniyasının təşkili, imzatoplama ilə bağlı və ümumilikdə digər hüquqi maarifləndirmə məsələlərinə toxunaq. Məqsədimiz regionlarda gənclərin və qadınların daha da aktiv olması və yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə namizəd kimi iştirak etməyə həvəsləndirməkdir”
Nizam

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər