Sumqayıt şəhərində oğurluq edən keçmiş məhkum yaxalanıb

712

Sumqayıt şəhərində oğurluq edən keçmiş məhkum yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 14-nə keçən gecə şəhər ərazisində “Hyundai” markalı avtomobildən içərisində 600 manat məbləğində pul və sənədlər olan cüzdanı oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş T.Əliyev şəhər polis idarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı şəhər polis idarəsində təhqiqat davam edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər