Sumqayıt şəhərində qanvermə aksiyası davam etdirilir - VİDEO

2015

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığı nəzərə alınaraq Heydər Əliyev Fondu cəmiyyətə çağırış etmişdir. Heydər Əliyev Fondunun çağırışına cavab olaraq Sumqayıt şəhərində də qanvermə aksiyasına başlanılıb.

Artıq bir neçə gündür ki, Sumqayıt şəhərində də qanvermə aksiyası davam etdirilir. Şəhər sakinlərindən könüllü olaraq bu xeyirxah aksiyada iştirak etmək istəyənlər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yerləşən qan bankına müraciət edə bilərlər.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər