Sumqayıt şəhərində seçicilərlə növbəti görüş keçirilib

1831

11 apreldə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Sumqayıt şəhərində də uğurla davam etdirilir. Kampaniya çərçivəsində Sumqayıt şəhərində seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov son illərdə şəhərdə görülən quruculuq işlərindən danışıb. Artıq bir neçə gündür ki, davam edən təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşlərdə izdihamın yaşandığını söyləyən R.Hüseynov bildirib ki, müşahidə olunan izdiham, şəhər ictimaiyyətinin göstərdiyi sevgi sumqayıtlıların dövlət başçısı İlham Əliyevə böyük dəstəyinin bariz nümunəsidir: “Sumqayıtda böyük müəssisələr yaradılıb, yeni iş yerləri açılıb, işizliyin səviyyəsi azalıb, yoxsulluğun səviyyəsi aşağı enib, insanların güzəranı yaxşılayıb, yollar salınıb, məktəblər tikilib istifadəyə verilib. Bu işləri sadalamaqla bitirmək olmaz. Bütün bu uğurların davamlı olması üçün seçiciləri 11 apreldə Prezident İlham Əliyevə səs verməyə çağırıram”.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Muxtar Babayev Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışıb: “Bu gün ölkəmizdə 2 milyona yaxın yeni iş yerləri açılıb. Bu iş yerlərinin mütləq əksəriyyəti regionlardadır. Prezident İlham Əliyev Azərbaycanı qabaqcıl dünya ölkələrindən birinə çevirir. Nailiyyətlərimizin davamlı olması üçün 11 apreldə seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verməliyik”.

Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatı seçki qərargahının təbliğat-təşviqat qrupunun üzvləri Şakir Abışov, Müzəffər Gülümov, Akif Zeynalov, Vəzirxan Ənsərov və başqaları da bildiriblər ki, Sumqayıt ictimaiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurları təqdir edir, dövlət başçısının apardığı siyasəti dəstəkləyir və 11 apreldə bu siyasətin davamına – Prezident İlham Əliyevə səs verəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər