Sumqayıt şəhərində tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması diqqət mərkəzindədir

4664

Sumqayıt şəhərində səhiyyə infrastrukturunun yenidən qurulması və tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər uğurla davam etdirilir.

Son bir neçə ildə Sumqayıt şəhərində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması, tibb müəssi­sələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təchizatın yaxşılaş­dırılması, əsaslı təmir və abadlıq sahəsində mühüm işlər görülür.

2017-ci ildə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Səhiyyə ocaqlarında 8 xəstəxana, 2 doğum evi, 9 poliklinikada cari və əsaslı təmir işləri aparılıb. 2018-ci ilin əvvəlindən başlayaraq bu istiqamətdə işlər davam etdirilir. 1 nömrəli Uşaq poliklinikasında, 4 nömrəli şəhər xəstəxanasında, 2 və 4 nömrəli şəhər poliklinikalarında, Təcili Tibbi Yardım Stansiyasında və Səhiyyə şöbəsinin inzibati binasında təmir işlərinə başlanılıb.

Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov akademik Ümnisə Musabəyli adına Sumqayıt Oftalmoloji Xəstəxanasında yaradılan şərait və görülən işlərlə tanış olub.

Bildirilib ki, 1992-ci ildə inşa edilən bina üç mərtəbədən ibarətdir. Burada tibbi xidmətin səviyyəsinin artırılması üçün şərait yaxşılaşdırılıb. 100 çarpayılıq tibb müəssisəsində əməliyyat, sarğı otağı, labaratoriya, qəbul və müayinə şöbələri mövcuddur. Bütün şöbələr ən müasir tibbi cihazlarla təchiz olunub.

Daha sonra xəstəxananın kollektivi ilə görüşən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirdi ki, ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin inşası və əsaslı təmir olunması  Azərbaycan dövlətinin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür. Bu istiqamətdə Sumqayıtda da mühüm işlər görülüb. Qeyd olundu ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər Azərbaycanda tibbi xidmətin daha da təkmilləşdirilməsinə geniş imkanlar açır.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhərində əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması üçün son bir neçə il ərzində davamlı olaraq əsaslı işlər görüldüyünü vurğulayan şəhər rəhbəri qeyd etdi ki,  bundan sonra da işlər davam etdiriləcək. Şəhər ərazisində təmirsiz olan bütün tibb ocaqları ən müasir səviyyədə yenidən qurularaq sakinlərin istifadəsinə veriləcək.

Zakir Fərəcov mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq sahə rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər