Sumqayıt şəhərində tikintidə ölüm hadisəsi baş verib

1057

Sumqayıt şəhərində tikintidə ölüm hadisəsi baş verib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə Corat bağlarında qeydə alınıb. Bakı şəhər sakini Firdovsi İsmayılova məxsus tikintidə betonlaşma işləri aparan “Fiat” markalı avtomaşının pompası orada fəhlə işləyən Rövşən Əliyevin başına düşüb. R. Əliyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər