Sumqayıt şəhərində “Uşaqlarda bronxial asmanın profilaktikasına dair imkanlar” mövzusunda konfrans keçirilib

171

Sumqayıt şəhərində “Uşaqlarda bronxial asmanın profilaktikasına dair yeni imkanlar” mövzusunda Elmi-praktiki konfrans keçirilmişdir.

sumqayitxeber.com saytı   Səhiyyə Nazirliyinin Mətbuat xidmətinə istinadən məlumat verir ki,  Konfransda göstərilən mövzu üzrə Azərbaycan Tibb Universitetinin uşaq xəstəlikləri kafedrasının müdiri, əməkdar elm xadimi, professor A.Əyyubova və ATU-nun II uşaq xəstəlikləri kafedrasının dosenti, T. Pənahova “Uşaqlarda olan bronxoobstruktiv sindromun tədbirləri” mövzusunda məruzə etmişlər. Daha sonra məruzəçilər tərəfindən verilən çoxsaylı sualları ətraflı cavablandırmışlar.

Konfrans məruzələr ətrafında müzakirələrlə davam etmişdir. Məruzə ətrafında çıxışlarda hazırda uşaq yaşlarında çox təsadüf edilən bronxial asma və bronxoobstruktiv sindromun profilaktikası, diaqnostikası və müasir səviyyədə müalicəsinin təşkil edilməsi sahəsində tibb işçilərinin məsuliyyətinin artırılmasının vacibliyi xüsusi qeyd olunmuşdur.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Vugar
    Mart 2, 2013 - 12:49

    Aktual movzudur, ancaq genish melumat verilseydi daha yaxhsi olardi..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər