Sumqayıt şəhərinin quruculuğunda zəhməti keçmiş şəsxiyyətlərdən biri dünyasını dəyişdi

2145

Sumqayıt şəhərinin quruculuğunda zəhmət keçmiş şəsxiyyətlərdən biri dünyasını dəyişdi
Sumqayıt şəhərində müxtəlif vəzifələrdə çalışmış, eləcə də Sumqayıt Dövlət Universitetinin müəllimi olmuş Vaqif Quliyev 81 yaşında vəfat edib. Birinci Qarabağ savaşında oğlunu şəhid verən Vaqif müəllim ikinci Qarabağ savaşında doğulduğu doğma Cəbrayıl rayonun işğaldan azad olunması sevincini yaşaya bilsə də, doğma el-obasını ziyarət etmək ona qismət olmadı.
Vaqif Ayaz oğlu Quliyev 1939-cu ilin uyun ayında Cəbrayıl rayonun Süleymanlı kəndində zabit ailəsində dünyaya göz açıb. Vaqifin iki yaşı olanda atası 1941-ci ildə İkinci dünya savaşına yollanır və müharibədən qayıtmır. O gündən ailənin çətinlikləri başlayır və Vaqif min bir zəhmətlə böyüyüb boya-başa çatır.
1958-ci ildə Sumqayıt şəhərinə gələrək əmək fəaliyyətinə burda başlayır və demək olar ki, həyatının böyük hissəsi də bu şəhərlə bağlı olur. O, 1961-ci ildə Azərbaycan Neft və Sənaye İnstitutuna daxil olaraq işlə paralel ali təhsilini də davam etdirir.
Vaqif müəllimin ömrünün 62 ili sumqayıt şəhərində keçib və o, bu illər ərzində müxtəlif zavod və fabriklərdə çalışmış və bir neçə yüksək vəzifələrdə işləmişdir. Bundan başqa, o, Sumqayıt Kimya Texnologiya Texnikomunda, Sumqayıt Dövlət Universitetində bir neçə il müəllim işləyib.
Vaqif Quliyev fəaliyyəti dövründə bir sıra təşəbbüslərlə çıxış etmiş və çoxlu sayda səmərələşdirici təklifllər irəli sürmüşdür. Onun təşəbbüsləri və təklifləri istehsalatda tətbiq olunmuş və çalışdığı müəssisələrə böyük faydalar vermişdir. Təsadüfü deyil ki, Vaqif müəllimin verdiyi faydalı təkliflərə görə Azərbaycanın Əməkdar Səmərələşdiricisi adına layiq görülüb.
Vaqif müəllimin qəddini əyən hadislərdən biri onun oğlu Şaiqin 1994-cü ildə erməni qəsbkarlarına qarşı döyüşdə itkin düşməsi hadisəsi olub. Vaqif müəllimin atası da ikinci dünya müharibəsində itkin düşüb və uzun illər ailə onun yolunu gözləyib. Oğlunun da atası kimi eyni taleni yaşaması Vaqif müəllimi uzun illər həsrət içində və intizarda qoyub. Uzun müddət axtarışlar nəticə vermədikdən sonra Şaiqə şəhid statusu verilir. Vaqif müəllim oğlunun şəhid olması ilə qürur duymuş və vətən torpaqlarımızın geri qayıdacağı günü səbirsizliklə gözləmişdir.
Vaqif müəllimin ən böyük arzularından biri doğulduğu Cəbrayıl rayonunu və Qarabağ torpaqlarını ziyarət etmək və oğlunun şəhid düşdüyü ərazini gedib ziyarət etmək idi.
O, torpqalarımızın azad olması xəbərinə sevinə bilsə də, ziyarət arzusuna təəssüf ki, çata bilmədi.
Vaqif müəllim, son vəsiyyətində də övladlarına, nəvələrinə işğaldan azad olunan torpaqlara qayıtmağı və orda dədə-baba yrudunu bərpa etməyi və dövlətimizin güclü olması yolunda daim çalışmağı şiddətlə tövsiyə etmişdir.
Allah Vaqif müəllimə rəhmət eləsin!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər