Sumqayıt teatrı 20 Yanvar faciəsini “Vicdanın hökmü” tamaşası ilə anacaq

1404

Sumqayıtlılar hər zaman milli özünüdərk, milli təşəkkül prosesində öncülərdən olublar. 20 Yanvar gecəsində 3 nəfər görkəmli alimin olduğu avtomobil Sumqayıt-Bakı yolunda tank tırtılları altında qalıb. Hər il şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanı ilə bərabər, alimlərin də xatirə kompleksini ziyarət edir, əklil qoyurlar.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrı da hər zaman tarixi-mədəni irsə, xalqın taleyində önəmli rol oynamış hadisələrə, milli-mənəvi dəyərlərə özünün repertuarı ilə münasibət bildirib.

Teatrın repertuarında yer alan H.Mirələmovun “Vicdanın hökmü” əsəri 20 Yanvar faciəsinə həsr olunub. Tamaşa yanvarın 18-də nümayiş etdiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər