Sumqayıt teatrı noyabr atında bir-birindən maraqlı tamaşalar təqdim edir

1458

Sumqayıt Dövlət Dram Teatrı 2019-cu ilin noyabr ayı üçün repertuarını açıqlayıb. Tamaşaçıları noyabr ayında bir-birindən maraqlı, müxtəlif janrlı tamaşalar gözləyir.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrı noyabrın 10-da, 14-də, 15-də, 17-də, 23-də və 30-da A.Şaiqin “Qaraca qız”, noyabrın 16-da, 24-də və 29-da ərəb xalq nağılı “Əlibaba və qırx quldur”, axşam isə M.Marinyenin “Oğru”, noyabrın 9-da C.Cabbarlının “Solğun çiçəklər”, noyabrın 10-da M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah”, noyabrın 16-da Con Qolsuorsinin “Birincilər və sonuncular”, noyabrın 17-də M.F.Axundzadənin “Hacı qara”, noyabrın 23-də Əli Əmirlinin “Sevgilim Sumqayıt”, noyabrın 24-də Hüseynbala Mirələmovun “Vicdanın hökmü” tamaşalarını təqdim edəcək.

Bundan başqa, Sumqayıt teatrı noyabrın 26-da “Cəfər Cabbarlı həftəsi” çərçivəsində bakılı teatrsevərlərin görüşünə gələcək. Belə ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində C.Cabbarlının “Solğun çiçəklər” pyesi təqdim olunacaq. Teatr bu tamaşanı həm də noyabrın 28-də öz səhnəsində təqdim edəcək. Noyabr ayını Sumqayıt teatrı türk yazıçısı Turqut Özakmanın “Ocaq” tamaşası ilə bitirəcək.

Tamaşalar uşaqlar üçün gündüz, böyüklər üçün axşam saat 18:00-da başlayacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər