Sumqayıt teatrı premyeraya hazırlaşır

1609

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında daha bir əsərə daxili baxış keçirilib. Teatrın baş rejissoru, Əməkdar Artist Firudin Məhərrəmov yazıçı-dramaturq Əfqan Əsgərovun yaradıcılığında geniş yer tutan tarixi əsərlərdən birinin – “Atilla”nın səhnə versiyasını hazırlayıb.

Teatrdan AZƏRTAC–a bildirilib ki, tamaşada obrazları Əməkdar artistlər Cəlal Məmmədov, Rauf Ağakişiyev, aktyorlar Habil Xanlarov, Yalçın Səlimov, Vəfa Qurbanova və Rövşən Əsgərov canlandırırlar.

Daxili baxışda yazıçının özü və digər ziyalılar da iştirak edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər