Sumqayıt teatrında 54-cü mövsümdə “Missiya”sı – FOTOLAR

579

Sumqayıt Dövlət Dram Teatrında yeni- 54-cü mövsümün açılışı olub.
Xeberle.com xəbər verir ki, mövsümün açılışı Zəfər gününə həsr olunmuş “Missiya” tamaşası ilə baş tutdu.
Tamaşaçılar arasında millət vəkili Müşfiq Məmmədli, axund Hacı Rauf, Sumqayıt Regional mədəniyyət idarəsinin rəisi Rəşad Əliyev, Sahibkar Şahin Məmmədov, media nümayəndələri, tanınmış şairlər də vardı.
Öncə teatrın direktor əvəzi, Əməkdar artist Vidadi Məmmədov tamaşaçıları salamladı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuzun qazandığı Zəfərdən danışdı. Bu qürur anını bizə yaşadan Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Əməkdar artist Vidadi Məmmədov açılış mərasiminin məhz bu mövzu ilə gerçəkləşməsinin zəruriliyini bildirdi. Teatrın baş rejissoru, tanınmış rejissor Xalq artisti Firudin Məhərrəmov mistik qəhrəmanlıq dramının özündə mücadilə tarixini, cəsarət və hünər epoxasını dolğun əks etdirdiyini bildirdi.
Müəllif Hafiz Ataxanlı bütün Şəhidlərimizin adının kitablarda, səhnə əsərlərində, filmlərdə əbədiləşdirilməsinin, onların qəhrəmanlıq nümunələrinin təbliğ olunmasının, gələcək nəslə çatdırılmasının zəruriliyini qeyd etdi və Sumqayıt Teatrının rəhbərliyinə yaradılan şərait üçün minnətdarlıq bildirdi.
Əməkdar artistlər Növrəstə Həşimova, Fəranə Musayeva, Cəlal Məmmədov, İzaməddin Bağırov, truppa müdiri Zöhrəli Əliyev də yeni mövsüm münasibətilə təbriklərini çatdırdılar.
Tamaşa böyük maraqla izlənildi. Sonda “Qartal” tikinti firmasının prezidenti Şahin Məmmədov,Milli Qəhrəman Qorxmaz Eyvazovun oğlu, polis kapitanı Asəm Eyvazov çıxış edərək tamaşanın gələcək nəslin yaddaş kartı kimi əhəmiyyətli rol oynaya biləcəyindən danışdılar və belə əsərlərin çox olmasını arzuladılar. Sonda “Dövlətə dəstək İctimai Birliyi”nin rəhbərliyi adından Əməkdar artistlər Vidadi Məmmədov və Rauf Ağakişiyev Fəxri fərmanla təltif edildilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər