Sumqayıt teatrında “Vicdanın hökmü” tamaşası nümayiş edilib

1164

Xocalı faciəsi hər bir azərbaycanlının ürəyinə dağ çəkmiş müdhiş gecə, insanlığın talan olunduğu gündür. O gecə namərd güllələri dinc sakinlərin bağrını qan elədi. Yüzlərlə insan qətlə yetirildi, girov götürüldü. O gün Azərbaycan tarixinə qanla yazıldı.

Fevralın 26-da Sumqayıt teatrında nümayiş olunan “Vicdanın hökmü” tamaşası da bu ağrıları insanlara çatdırmaq üçün təqdim edilib.

Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov Qarabağ savaşının tarixinə nəzər salaraq ermənilərin saxtalıq və hiyləgərlik üstündə qurulmuş idealogiyasının mahiyyətindən danışıb və ölkə Prezidenti İlham Əliyevin Paşinyana verdiyi mükəmməl məntiqli cavabını Azərbaycan diplomatiyasının qələbəsi adlandırıb.

Teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov da çıxışında bu qətliamı bəşəriyyətin ən qanlı cinayəti kimi dəyərləndirib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov tarixi günlərə həsr olunmuş tamaşaların repertuarda yer almasının zəruriliyini və bunun gənc nəslin yaddaşının möhkəmlənməsinə töhfə olduğunu söyləyib. Səhnə əsərinə gəlincə isə bildirilib ki, əsərin müəllifi gələcəyə çox böyük inamla baxır. Çünki ölkəmiz sürətli inkişaf yolundadır. Ordumuz dünyanın qüdrətli orduları sırasındadır və hər kəs ən dəyərli amil olan Azərbaycan dövlətçiliyi ətrafında müqəddəs üçrəngli bayraq uğrunda birləşib.

Daha sonra görkəmli yazıçı-dramaturq Hüseynbala Mirələmovun Qarabağ hadisələrinə həsr olunan “Vicdanın hökmü” pyesi əsasında hazırlanan tamaşa nümayiş etdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər