Sumqayıt teatrının direktoru Türkiyədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi – FOTO

2071
Xəbər verdiyimiz kimi, Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti 24 – 27 aprel tarixlərində IV Türk Dünyası Teatr Festivalında Türkiyənin Mersin şəhərində qastrol şəhərində olublar.
Qastrol zamanı teatrın kollektivinin başına iş gəlib. Belə, ki, Sumqayıt Dövlət Dramteatrının direktoru İslam Həsənovun səhhətində ciddi problemlər yaranıb. İlkin tibbi yardım göstərilsə də İ. Həsənovun səhhətində irəliləyiş olmayıb. Bu səbəbdən teatrın direktoru Mersin şəhərində xəstəxanaya yerləşdirilib. Teatr rəhbərində yüksək qan təzyiqi müşahidə olunub.
Məlumatı dəqiqləşdirmək üçün teatrın mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Leyla Eynullayeva Xeberle.com-a açıqlamasında məlumatı təsdiqlədi və İ.Həsənovun vəziyyətinin hazırda yaxşı olduğunu bildirdi: ” İslam Həsənov hazırda xəstəxanadadır və təzyiqi normaldan iki dəfə artıq olsa da, vəziyyəti yaxşıdır. O, may ayının 2-si xəstəxadan çıxarılacaq”. Qeyd edək ki, İslam Həsənovun şəkərli diabet və qan təzyiqindən əziyyət çəkdiyi deyilir.
Elnarə Salamova, xeberle.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər