Sumqayıt teatrının kollektivi prezidentə məktub yazdı

2212
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrının kollektivi prezident İlham Əliyevə məktub ünvanlayıb. 
Prezidentə göndərilmiş məktubu olduğu kimi təqdim edirik:
“Möhtərəm Prezident!

Sizin Respublikamızda “Milli Teatr Günü”nün təsis edilməsi və “Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi” haqqında imzaladığınız sərəncamlar Sumqayıt Dövlət Musiqili Dram Teatrının kollektivində böyük ruh yüksəkliyi ilə qarşılandı. Bu Sərəncamın ölkəmizdə peşəkar teatrın inkişafında, milli mədəniyyətimizin formalaşmasında mühüm rol oynayacaq. Eyni zamanda, neçə-neçə dramaturqların, peşəkar rejissor və aktyorların yetişməsi təkan verəcəkdir.

Azərbaycan teatrı milli adət-ənənələrimizi qoruyub saxlamaqla xalqımızın keçdiyi tarixi qəhrəmanlıq yolunu işıqlandıran və onların həyatından bəhs edən yeni əsərlər səhnəyə gətirəcəkdir. Biz əminik ki, Sizin diqqət və qayğınız sayəsində Azərbaycan teatrı daha da inkişaf edəcək, ölkənin mədəni həyatına öz töhfələrini verəcəkdir.

“Milli Teatr Günü” və Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi ilə əlaqədar Sərəncamlar hər bir sənət adamının ürəyincədir. Sizə kollektivimiz adından minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə,

Sumqayıt Dövlət Musiqili Dram Teatrının kollektivi.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.”

“www.sumqayitxeber.com”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər