Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 75 illik yubileyi qeyd edilib

1165

Respublikanın ən qabaqcıl ümumtəhsil məktəblərindən biri olan Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 75 illik yubileyi təntənə ilə qeyd edilib.

Sumqayıt Dövlət Dram Teatrında keçirilən yubiley tədbirində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri Tahir Mirkişili, Müşfiq Məmmədli, Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, təhsil ictimaiyyətinin nümayəndələri və məzunlar iştirak edib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədris ocağının 75 illik yubileyi münasibətilə məktəb kollektivini təbrik edib. Şəhər rəhbəri respublikamızda təhsilin inkişafı istiqamətində əldə olunan uğurlardan, həyata keçirilən layihələrdən bəhs edib, ölkəmizdə yüksək təhsil almaq üçün dövlət tərəfindən hər cür şərait yaradıldığını bildirib.

Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və digər şıxışçılar məktəbin kollektivinə uğurlar arzulayıb.

Sumqayıt Dövlət Dram Teatrında keçirilən yubiley tədbirində məktəbin direktoru, Əməkdar Müəllim Nizami Əhmədov qonaqları salamlayaraq, təhsil müəssisəsinin tarixindən söz açıb.

Vurğulanıb ki, uğurlu nəticələri ilə həmişə örnək olan gimnaziya 1946-1947-ci tədris ilində fəaliyyətə başlayıb. 1952-ci ildə indiki binasına köçüb, 1990-cı ildən isə gimnaziya statusu alıb.

Qeyd olunub ki, 1993-cü ildən indiyədək məktəbin 39 nəfər qızıl, 8 nəfər gümüş medalla bitirib. Bu günə qədər məktəbi bitirən 1350 məzndan  313 məzun ali məktəblərə qəbul imtahanlarında 600 – dən çox bal toplayıb. 31 nəfər məzun isə Prezident təqaüdçüsü olub. Qürurverici haldır ki, 4 nəfər məzun qəbul imtahanlarında ən yüksək nəticə -700 bal toplayıb.

Gimnaziyanin şagirdləri hər il keçirilən fənn olimpiadalarının respublika turunda yüksək nəticələr əldə edirlər.  Həmçinin şagirdlərRespublika fənn müsabiqələrində də hər il uğurla çıxış edərək qaliblər sırasında yer alırlar. Son beş ildə “Şahin” hərbi-idman oyunlarının Respublika mərhələsində  məktəbin “Şahinlər” komandası Sumqayıt şəhərini təmsil edərək bir dəfə birinci, iki dəfə ikinci yeri qazanmış və hər dəfə şəhərimizə 14 medal gətirmişdir.

Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Sonda səmərəli fəaliyyətinə görə fərqlənən müəllimlərə fəxri fərmanlar təqdim olunub.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər