Sumqayıt Tibbi Ərazi Bölmələri üzrə oktyabrda müraciət edənlərin sayı açıqlanıb

671
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən bu ilin oktyabr ayı ərzində  Sumqayıt Tibbi Ərazi Bölmələri (TƏB) üzrə 42.464 vətəndaşa tibbi xidmət göstərilib. Bu haqda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Cari ilin oktyabr ayında ən çox ambulator və stasionar xidmət göstərmiş tibb müəssisəsi Sumqayıt Tibb Mərkəzidir. (117.743). Ümumilikdə Sumqayıt TƏB üzrə 128.440 tibbi xidmət göstərilib.
Sumqayıt TƏB-ləri üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə, qan dövranı, tənəffüs, endokrin, sidik-cinsiyyət, ginekologiya, sümük və əzələ, sinir, həzm sistemlərinin xəstəlikləri, birləşdirici toxumanın xəstəlikləri, zədələr və zəhərlənmələr ilə bağlı olub.

Sumqayıt Tibbi Ərazi Bölmələri üzrə oktyabrda müraciət edənlərin sayı açıqlanıb

Sumqayıt Tibbi Ərazi Bölmələri üzrə oktyabrda müraciət edənlərin sayı açıqlanıb

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər