Sumqayıtda 168 nəfər cərimələndi – maska taxmadığına görə…

564
Sumqayıt şəhərində tibbi maskaya görə cərimələnən şəxslərin sayı açıqlanıb.
Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, sərnişinlərin dayanacaqlarda, kassa aparatları önündə, avtobuslarda, ticarət mərkəzlərində, qapalı məkanlarda  maska taxması yoxlanılır.
Son 3 gün ərzində karantin qaydalarını pozaraq maska taxmayan 168  nəfər şəhər sakini cərimə edilib, onlara yerindəcə protokollar yazılıb.
Qeyd edək ki, İnzibatı Xətalar Məcəlləsinə edilən son dəyşikliklə ictimai yerlərdə maska taxmaq məcburidir. Bu qaydanı pozanlar 50 manatdan, 400 manata qədər cərimə edilə bilərlər. xeberle.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər