Sumqayıtda 2 mindən çox yeni iş yeri yaradılacaq

1394

“İlin sonuna qədər istehsal prosesinə başlayacaq daha 6 müəssisədə 2 mindən çox yeni iş yerinin yaradılacağı nəzərdə tutulur“.

Bu fikirlər 2018-ci ilin 9 ayında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələri haqqında şəhər İcra hakimiyyətinin hesabat yığıncağında səsləndirilib.
Bildirilib ki, ötən 9 ay ərzində Sumqayıt şəhərində sənaye müəssisələrində 935 milyon manatlıq məhsul istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 120 faiz təşkil edir. Sumqayıt Kimya Sənaye Parkında hazırda fəaliyyətdə olan müəssisələrin sayı 8-ə çatıb. İlin sonuna qədər istehsal prosesinə başlayacaq daha 6 müəssisədə 2 mindən çox yeni iş yerinin yaradılacağı nəzərdə tutulur. Hazırda 17 rezidenti olan, istehsalat və tikintidə 8 minədək işçinin çalışdığı parka 2,7 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması planlaşdırılır.

Qeyd edilib ki, bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 340 milyon manat olub. Bu da əvvəlki ilin göstəricisinə nisbətən 3 dəfə və ya 225 milyon manat artım deməkdir. Məşğulluq Mərkəzi tərəfindən 4208 nəfər iş axtaran kimi qeydiyyata alınıb, 2294 nəfər işlə təmin olunub, 66 nəfərə işsizlik müavinəti təyin edilib, 70 nəfər isə peşə kurslarına cəlb edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər