Sumqayıtda 2 qardaş bıçaqlanıb

1813

Sumqayıtda bıçaqlanma ilə nəticələnən dava baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində bir neçə nəfərin iştirakı ilə kütləvi dava qeydə alınıb. Dava sonda qanla nəticələnib. Belə ki, 20-ci məhəllə sakinləri olan 2 qardaş – 1975-ci il təvəllüdlü Məmmədov Valeh Əbülfət oğlu və 1980-ci il təvəllüdlü Məmmədov Ramiz Əbulfət oğlu bıçaqlanıblar. Müxtəlif dərəcəli bıçaq yarası alan qardaşlar xəstəxanaya yerləşdirilib.

Hadisəni törədənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər