Sumqayıtda 20-dən çox maşını talamış dəstə zərərsizləşdirilib

977

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da Türkiyə vətəndaşı Hasan Rehberə məxsus “VAZ-2104” avtomaşından sənədlərini, habelə maqnitofonu oğurlamış şəhər sakinləri Təbriz Həsənov, Fərrux Rzayev, Abşeron rayon sakini Zülfü Həsənov və Gəncə şəhər sakini Sevda Abdulrəhmanova tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin şəxslərin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların müxtəlif vaxtlarda İlham Orucova, İltizam Hidayətova, Pərviz Bayramova, Sahil İsmayılova, Əsgər Rəhimova, Mirağa Qafarova, Zabil Cavadova, Famil Hüseynova, Kamal Ləliyevə, Vaqif Qafarova, Şahbala Kərimova, Amil Umudova, Sərməs Bayramova, Mərdan Məmmədova, Tural İsgəndərova, Maksim Salmanova, habelə Sumqayıt şəhər Qaz İstismar İdarəsinə məxsus avtomaşınlardan da oğurluq etmələri müəyyən edilib.

Araşdırmalar davam etdirilir. Lent.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər