Sumqayıtda 20 ilə yaxın həbsdə yatmış “Cibgir Tutu”nun məhkəməsi başlayır

1106

Sumqayıtda qanunsuz narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Turac Məmmədova və onun tanışları – Vüqar Əliyevlə Hikmət Fərəcovun cinayət işi üzrə məhkəməsi başlayır.

“Report”un xəbərinə görə, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 58 yaşlı T.Məmmədova və daha 2 nəfər 2021-ci ilin oktyabrında Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarını tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 20 ilə yaxın həbs həyatı yaşamış T.Məmmədova Sumqayıt şəhəri “Ceyranbatan bağları” yaşayış massivində saxlanılan zamanı üzərində narkotik vasitə olan heroin aşkarlanıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı oradan külli miqdarda müxtəlif tərkibli narkotik maddələr aşkar edilərək götürülüb. T.Məmmədova saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilərək istintaqa cəlb edilib.

Xatırladaq ki, T.Məmmədovanın qızı və oğlu da hazırda məhkumluq həyatı yaşayırlar. Onun həyat yoldaşı isə illər öncə külli miqdarda narkotik vasitə ilə saxlanılaraq məhkum olunub və həbsdə vəfat edib.

T.Məmmodova “Cibgir Tutu” kimi tanınır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər