Sumqayıtda 2009-ci ilin birinci yarımilinin yekunları müzakirə edilib

958

iyarimilihesabat22Sumqayıt şəhər İcra hakimiyyətində 2009-ci ilin birinci yarısında Sumqayıt şəhərinin sosial və iqtisadi sahələrində həyata keçirilən işlərin yekunu haqqında müşavirə keçirilib. İclasda hesabat məruzəsi ilə çıxış edən şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev ötən altı ay ərzində şəhərin əsas iqtisadi göstəriciləri üzrə artımın əldə olunduğunu, şəhər üzrə məhsul və xidmətlərin buraxılışında, orta aylıq əmək haqqı göstəricisində, investisiyaların həcmində keçən ilin müvafiq dövrü ilə müqayisədə müsbət dinamikanın nəzərə çarpdığını qeyd edib. Toplantıda daha sonra şəhər Təhsil şöbəsinin müdiri Vidadi Bağırov, Polis İdarəsinin rəis əvəzi Həsən Əsədov, Gigiyena və Epidemioligiya Mərkəzinin direktoru Rafiq Abdullayev, Sumqayıt “Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin sədri Müşviq Əsədov, Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyinin baş mühəndisi İsmixan Hüseynov, şəhər Təmizlik Departamentinin baş direktoru Qadir Dünyamaliyev çıxış edərək hesabat dövrü ərzində görülmüş işlər, qarşıda duran vəzifələr barədə məlumat veriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər