Sumqayıtda 28 yaşlı gənc Xəzərdə boğulub

922

Xəzər dənizində 28 yaşlı gənc boğulub.
“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə dənizin Sumqayıt şəhəri sahilində – Novxanı çimərliyində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 2000-ci il təvəllüdlü Cabir Bəhruz oğlu Şanıyev dənizdə çimərkən boğulub. Şahidlərin sözlərinə görə, o, çimərkən qadağanedici tələblərə baxmayaraq, daha uzağa doğru üzüb. Nəticədə köməksiz vəziyyətdə boğularaq ölüb. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər