Sumqayıtda 5 müəssisə tikiləcək: 2 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulur

1220

“Sumqayıt şəhərində 2 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulur.”  sumqayitxeber.com  xəbər verir ki, bu fikirlər oktyabrın 17-də 2017-ci ilin 9 ayında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələri haqqında şəhər İcra hakimiyyətinin hesabat yığıncağında səsləndirilib.
Dövlətin diqqət və qayğısı sayəsində Dövlət Proqramında Sumqayıt şəhəri üzrə nəzərədə tutulan tədbirlərin mərhələ-mərhələ həyata  keçirilməsi sayəsində bu gün şəhərimizin siması dəyişir, müasirləşir, gözəlləşir, insanların yaşayıb-yaratması üçün lazımi  şərait yaradılır. Hazırda bir çox infrastruktur layihələrin icrası davam etdirilir. Müasir sosial obyektlərin, qabaqcıl texnologiyalar əsasında istehsal sahələrinin tikintisinə böyük diqqət göstərilir.
İşsizliyin aradan qaldırılması ilə bağlı mövcud sənaye xarakterli istehsal sahələrinin genişləndirilməsi, metallurgiya, kimya sənayesi, yüngül və  yeyinti  sahələrinin  inkişafına dəstək verilir.
Sumqayıt Kimya Sənaye parkında hazırda sənaye sahələri üzrə ixtisaslı kadrların hazırlanması üçün müasir tipli Peşə Tədris Mərkəzi, 5 rezident tərəfindən müxtəlif məhsullar o cümlədədn, polipropilen, yüksək sıxlıqlı polietilen tikinti materialları üçün qatqı, ferroərintilər, yüksək təzyiqə davamlı birləşdiricilər və kənd təsərrüfatında ziyanvericilərə qarşı pesdisidlər istehsal ediləcək müəssisələrin tikintisi davam etdirilir. Eyni zamanda 4 rezident isə yeni istehsal sahələrinin yaradılması üçün layihələndirmə işlərinə başlamışdır.
“Baku Steel Company” və İtaliyanın “Danieli” şirkətləri arasında dəyəri 1,2 milyard avro olan müqaviləyə əsasən Azərboru ASC-nin ərazisində tikiləcək 5 müəssisədən ibarət metallurgiya kompleksinin təməl qoyulmasına hazırlıq işləri aparılır.
Yuxarıda qeyd olunan müəsisələrin tikintisinə təqribən 2,3 milyard ABŞ dolları  investisiya qoyulucaqdır. Burada 2 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulur.  İstehsal olunacaq məhsullar bu gün respublikamızda bütünlüklə xaricdən idxal olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər