Sumqayıtda 57 yaşlı qadın bıçaqlanıb

1359

Sumqayıt şəhərində 57 yaşlı qadın bıçaqlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə 15-ci məhəllə ərazisində yerləşən 2 saylı yataqxanada baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1961-ci təvəllüdlü Bədəlova Mətanət Məhəmməd qızı naməlum şəxs tərəfindən bıçaqlanıb.

57 yaşı qadın çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndiriblər.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər