Sumqayıtda 58 yaşlı kişi itkin düşüb – FOTO

1133

Sumqayıt şəhərində 58 yaşlı kişi itkin düşüb.

“Report”un Sumqayit-Abşeron bürosunun məlumatına görə, 20-ci məhəllə, ev 20/29, mənzil 38 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Əlibəy Güləhməd oğlu Nəsrullayev evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun əlamətləri: boyu 168 sm, ağbəniz sifətli, gözlərinin rəngi qarışıq, saçlarının rəngi ağ və seyrək, orta bədən quruluşludur. Əynində qara rəngli yun jaket, üzərində qəhvəyi rəngli pencək, tünd qəhvəyi rəngli şalvar, ayağında qara rəngli ayaqqabı olub.

Ə.Nəsrullayevi görüb yerini bilən şəxslərdən (018) 65-4-44-81, (018) 65-5-69-77 və (055) 260-88-88 telefon nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər