Sumqayıtda 6 cinayətin üstü açıldı – 5 nəfər həbs edildi

2017

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər ərazisindəki evlərin birindən 340 manat, 4000 ABŞ dolları və 1700 avro, habelə qızıl əşyaları oğurlanıb.

4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri T.Şirzadov və İ.Qarayev saxlanılıblar.

Bundan başqa, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri olan 3 qadının çantasından ümumilikdə 120 manat pul, mobil telefon, yaddaş kartı və sənədlər, habelə 1 avtomobildən pul və sənəd oğurlamaqda şübhəli bilinən H.Z.Tağıyev qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov tutulub.

Ötən gün ərzində Sumqayıt şəhərində daha bir neçə cinayətin üstünün açılması üçün əməliyyat keçirilib.

4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 23-də və 26-da şəhər ərazisində şirniyyat mağazalarının birindən 1200 manat pul, televizor, suvenir tüfəng və məişət əşyaları və ofislərin birindən 60 manat pul, 1 ədəd noutbuk, 4 ədəd mobil telefon, 1 ədəd fotoaparat və ətriyyat oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Mustafayev və A.Həsənov saxlanılıblar.

Bütün faktlarla bağlı cinayət işi başlanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər