Sumqayıtda 77 yaşlı atasını qətlə yetirmiş şəxs tutuldu

266

İyulun 19-da, saat 22:00 radələrində Sumqayıt şəhərinin ərazisində 1943-cü il təvəllüdlü Azad Rzayevin yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub.

Bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, insidentlə bağlı daxil olan məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla psixi xəstəlikdən əziyyət çəkən 1984-cü il təvəllüdlü Aydın Rzayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atası Azad Rzayevə çoxsaylı bıçaq zərbələri vurub, onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Aydın Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər