Sumqayıtda 81 yaşlı kişini maşın vurub

1029

 Sumqayıt şəhərində 81 yaşlı kişini maşın vurub. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Hadisə şəhərin H. Əliyev prospektində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Elçin Salam oğlu Hüseynov idarə etdiyi “Mercedes” markalı, 10 DL 929 dövlət nömrə nişanlı maşınla yolu keçmək istəyən 1928-ci il təvəllüdlü Muxtar Əlihüseyn oğlu Cabbarovu vurub. 81 yaşlı M. Cabbarov yerindəcə keçinib.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər