Sumqayıtda 82 yaşlı kişi itkin düşüb – FOTO

650

Sumqayıt şəhərində 82 yaşlı kişi itkin düşüb.
Xeberle.com xəbər verir ki, hadisə yanvarın 31-i saat 16:00 radələrində Sumqayıt şəhəri, Xəzər bağlar massivi, fərdi yaşayış evi, 93 ünvanında qeydə alınıb.
Belə ki, 1938-ci il təvəllüdlü Hüseynov Yunis İxtiyar oğlu yaşadığı ünvandan gəzmək adı ilə çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb.
Daha sonra Y.Hüseynovun oğlu, 1972-ci il təvəllüdlü Vüqar Hüseynov Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 4-cü Polis Bölməsinə (PB) müraciət edib.
Həmin şəxsin əlamətləri: boyu təxminən 165 sm, arıq bədən quruluşlu, ağbəniz sifətli, gözlərinin rəngi qəhvəyi, qısa və qismən ağarmış saçları var.
Evdən çıxarkən əynində qara rəngli qış gödəkcəsi, göy rəngli cins şalvar, qəhvəyi rəngli jaket, başında qara rəngli papaq (kepka) və ayağında isə qara rəngli ayaqqabı olub.
Onun haqqında məlumatı olanlardan xahiş olunur ki, Sumqayıt Şəhər Polis İdarəsinə və ya (018) 65-5-69-77 , 070-325-70-25, 055-287-27-25 nömrəli telefonlara zəng etsinlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər