Sumqayıtda 9-cu şairlər günü qeyd olunub

487

Azərbaycan Yazıçılar Birliyi, Gənc Şairlər Birliyi, AYB Sumqayıt bölməsi və Sumqayıt Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı,  Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM), Türkiyə və Azərbaycan iş adamları və Sənayeçilər İctimai birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sumqayıtda IX Şairlər günü qeyd olunub.

Əli Kərim və Abdurrəhim Karakoçun xatirəsinə həsr olunan  IX Şairlər günü  Poeziya evində keçirilib.

Poeziya evinin direktoru İbrahim İlyaslı  Azərbaycan Türkiyə qardaşlığının, birliyinin qədim köklərə söykəndiyindən danışıb, bu birliyin əbədi və sarsılmaz olduğunu qeyd edib, Türkiyə və Qazaxısatnadan gələn qonaqları ədəbi ictimaiyyətə təqdim edib.

Millət vəkili Qənirə Paşayeva, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, AYB Qubadlı Regional bölməsinin sədri Namiq Məna Əli Kərim və Abdurrəhim Karakoç poeziyasının məziyyətlərindən danışıblar.

Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin  (İLESAM) başkanı Mehmet Nuri Parmaksız Türkiyə və Azərbaycan arasında yaranmış ədəbi körpünün  Türk dünyası yazarlarının bir-birini tanımasına vəsilə olduğunu söyləyərək, bu gün belə genişmiqyaslı ədəbi əlaqələrin yaranmasının  təqdirəlayiq bir hal olduğundan bəhs edib.

AYB Sumqayıt Bölməsinin sədri Gülnarə Cəmaləddin Respublika prezidenti cənab İlham Əliyevin  və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun ədəbiyyatımıza, mədəniyyətimizə, söz və sənət adamlarına göstərdiyi diqqət və qayğıdan, şəhərdə  gedən irimiqyaslı  abadlıq-quruculuq işlərindən söz açaraq bildirib ki, Sumqayıtın 70 illik yubileyi ərəfəsində qardaş Türkiyə və Qazaxısatandan qələm adamlarının şəhərimizə gəlişi sumqayıtlılar üçün, Sumqayıt ədəbi camiəsi üçün ikiqat bayrama çevrilib.

Ofelya Babayeva,Əvəz Mahmud Lələdağ, Rəfiqə Şəms, İlter Yeşilay, Turan Düz, Mahmut Özkoca, Ayberek Eyqerek, Evlan Yunus, Günel Eyvazlı  və Nazilə Gültacın oxuduğu şeirlər məclisə böyük coşqu gətirdi.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər