Sumqayıtda 9 yaşlı yeniyetməni avtomobil vurub

519

Sumqayıt şəhərində 9 yaşlı yeniyetməni avtomobil vurub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 8-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Yusif Elçin oğlu Əkbərovu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. Yeniyetmə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər