Sumqayıtda ağır qəza – 1 ölü, 7 yaralı

2012

Gecə saatlarında Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, qəza nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt xəstəxanasına çatdırılıb.

Onlardan 3-ü reanimasiya, 1-i travmatologiya şöbəsinə yerləşdirilib, müalicələri davam edir. 3 nəfər isə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər