Sumqayıtda arı məhsullarının qablaşdırılması müəssisənin açılışı olub - FOTOLAR

1943

Ölkədə arıçılığı inkişaf etdirmək məqsədi ilə son illərdə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılmış, habelə Azərbaycan Arıçılar Assosiasiyası təsis edilmişdir. Hazırda damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genofond arıxanaların yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili və s. istiqamətlərdə məqsədyönlü tədbirlər görülür. Bu tədbirlərin nəticəsi olaraq, arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında və bal ixracında əhəmiyyətli artım müşahidə edilir.

Azərbaycanda bal verən 600-ə qədər bitki növü mövcuddur ki, bunların da təxminən 200-ü nektar və çiçək tozu mənbəyi kimi arıçılığın genişləndirilməsi üçün daha böyük təbii imkanlar yaradır. Müxtəlif çiçəklərdən toplanan, vitamin və minerallarla zəngin olan arı məhsullar insan orqanizmi üçün çox faydallıdır. Ən zəruri qida olan bal min bir dərdin dərmanıdır. Təsadüfi deyil ki, dünya şöhrətli təbib İbn Sina da baldan bir çox xəstəliklərin müalicəsində istifadə edib. Hazırda da təbabətdə bal vasitəsilə mədə-bağırsaq sistemi, böyrək, qaraciyər xəstəlikləri müalicə olunur. Bal orqanizmi möhkəmlədir, onu müxtəlif xəstəliklərdən qoruyur.  Bu imkanlar sayəsində arıçılığın inkişaf etdirilməsi kənd əhalisinin gəlirlərinin artmasına və məşğulluğunun təmin edilməsinə töhfə verə bilər.

Arıçılığı inkişaf etdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti sərancam imzalayaraq arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla 5 (beş) il müddətində ildə 10,0 (on) manat məbləğində subsidiya müəyyən edilmişdir. Artıq subsidiyaların verilməsi işinə start verilmişdir.

Qubadlı rayonunda da arıçılığı inkişaf etdirmək məqsədi ilə son illərdə “Rayon Arıçıları” ictimai birliyi  bir sıra tədbirlər həyata keçirilmişdir. Bunun  nəticəsi olaraq arı ailələrinin sayının 5 min 200-ə yaxınlaşması onu deməyə əsas verir ki, bu sahə üzrə potensial var.

Arı ailələrinin sayının artırılması ilə yanaşı, məhsuldarlığının yüksəldilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, istehsal olunan arı məhsullarının mərkəzləşdirilmiş qaydada qablaşdırılması və etiketləmə məsələləri də həyata keçirilməsi işinə artıq başlanmışdır. Bu məqsədlə güzəştli kreditlər alınaraq sakinlərimizin məskunlaşdığı yerlərdə yeni istehsal müəssisəsi yaradılmış  ki, bu da sakinimizin işlə təmin olunması və arıçılığın potensial imkanlarının hərəkətə gətirməsi deməkdir.

Arıçılığı inkişaf etdirmək məqsədilə “Qubadlı Arıçıları” ictimai birliyi TİKA

(Türk İşbirliyi Kordinasiya Agentliyi) -nın dəstəyilə Sumqayıt şəhər Yaşıldərə yaşayşı massivində  Arı məhsullarının qablaşdırılması müəssisənin  açılış mərasimi keçirilmişdir.

Tədbirdə Qubadlı rayon İcra hakimiyyıti başçısı Malik İsaqov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Erkan Özoral, TİKA təşkilatının nümayəndəsi Teoman Tiryaki, ASAN ABAD-ın direktoru Rüfət Elçiyev, Kənd Təsərüfatı Nazirliyinin heyvandarlıq şöbəsinin mütəxəsisi Fəxrəddin Səmədov, rayonun idarə müəssisə rəhbərləri və  arıçılıqla məşğul olan şəxslər  iştirak edirdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər