Sumqayıtda avtobuslar üçün ayrıca hərəkət zolaqları yaradılır

2568
Sumqayıtda avtobuslar üçün ayrıca zolaqlar yaradılır.
Bu prosesə şəhərin əsas girişindən- Sülh prospektindən başlanılıb.
Müntəzəm sərnişindaşımanı həyata keçirən avtobuslar üçün ayrıca zolaqların yaradılması yollarda avtomobillərin hərəkətini xeyli yüngülləşdirəcək.
Tıxacların qarşının alınması məqsədi ilə sağ və sol yollarda avtobuslar üçün xüsusi yollar ayrılıb.
İlk olaraq Sülh prospektində salınan bu zolaqlar gələcəkdə bütün şəhər yollarında salına bilər.
Məqsəd sərnişinlərin və avtobusların hərəkətlərinin rahatlığını təmin etməkdir.
Avtobuslar üçün ayrılmış həmin zolaqlara keçən digər nəqliyyat vasitələri yol polisi tərəfindən cərimələnəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər