Sumqayıtda avtomobil 40 yaşlı qadını vurdu

1379

Sumqayıtda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın  məlumatına görə, qəza şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, yolu keçmək istəyən şəhər sakini, 1979-cu il təvəlllüdlü Şəfaqətova Rəna Mirzəağa qızını avtomobil vurub. Piyada bədən xəsarətləri alaraq, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər