Sumqayıtda avtomobil gənc oğlanı vuraraq öldürüb

1458

Sumqayıt şəhərində avtomobil gənc oğlanı vuraraq öldürüb.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib.

Belə ki, şəhər sakini, 1994-cü il təvəllüdlü Məmməd Xəqani oğlu Balayevi “Opel” markalı avtomobil vurub. Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra sürücü saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər