Sumqayıtda avtomobil piyada qadını vurub

1349

umqayıt şəhərində 37 yaşlı qadını maşın vurub.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 6-cı mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1981-ci il təvəllüdlü Quliyeva Səadət Şahbaz qızı yaşadığı ərazidə yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub.

Qadın xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər