Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

1132

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb. “Opel” markalı, 99-CT-842 dövlət qeydiyyat nömrə nişanlı avtomobil yolu keçən 70 yaşlı Abdullayev Mühadib Hümbət oğlunu vurub. Zərbənin təsirindən ağır xəsarətlər alan yaralı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər