Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

1054

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 10-u saat
19:30 radələrində şəhərin Bulvar küçəsində qeydə alınıb.

Belə ki, sürücü Məmmədov Timur Eldaroviçin idarə etdiyi “Chevrolet Camaro” markalı avtomobil hərəkətdə olan zaman piyada Alxanlı Çingiz Mehbala oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər