Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

1079

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Sahil küçəsində, Corat-Novxanı avtomobil yolunda qeydə alınıb. Belə ki, yolu keçmək istəyən piyada 1945-ci il təvəllüdlü Abbasov Oqtay Qəzənfər oğlunu avtomobil vurub. Aldığı bədən xəsarətlərindən piyada hadisə yerində dünyasını dəyişib.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər